Cəmiyyət

Gömrük əməkdaşları 82 min ədəddən çox pirotexniki vasitə aşkarlayaraq məhv ediblər

21-12-2017 | 13:52        

  

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən, mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən külli miqdarda pirotexniki malları dövriyyədən çıxarıblar. Belə ki, gömrük əməkdaşları Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" və "Binə" ticarət mərkəzlərində əməliyyat tədbirləri keçiriblər. Nəticədə, ticarət mərkəzlərinin ərazisində 82  min ədəddən çox pirotexniki vasitə aşkar edilib. Faktla bağlı araşdırma aparılır.