Cəmiyyət

Gənc ixtiraçı Reyhan Camalova ilə görüş keçirilib

21-12-2017 | 12:56        

  

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında “Rainergy” layihəsinin müəllifi, gənc ixtiraçı Reyhan Camalova ilə görüş keçirilib.

Yeni alternativ enerji mənbələrinin tapılmasının dünyada aktuallaşdığı bir dövrdə 15 yaşlı azərbaycanlı ixtiraçının bu layihəsi böyük önəm kəsb edir, xüsusən də, yağıntıların çox olduğu regionlar və ölkələr üçün. Hindistanda keçirilən Qlobal Sahibkarlıq Formunda Amerika Birləşmiş Ştatları prezidentinin baş müşaviri İvaka Trampın Reyhan Camalovanın “Rainergy” layihəsinə xüsusi diqqətin yetirməsi  buna sübutdur. Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya müdiri Vüsal Süleymanlı dedi. Layihənin müəllifi Reyhan Camalova  isə qeyd etdi ki, hazırda dünyada alternativ enerji mənbələrinin  istifadəsi  geniş yayılıb. Onun  ”Rainergy” cihazı yağışlı bölgələrdə yaşayan insanların enerji tələbatlarını ödəyəcək. Cihazın işləmə prinsipi hidroelektrik stansiyaların işləmə prinsipinə bənzərdir və alınan enerji akkumulyatorda  toplanır.  Cihaz küçə lampalarının və reklam lövhələrinin gecələr işıqlandırılmasında da istifadə oluna bilər. Sonra dünyanın ən böyük “Yaşıl” biznes ideya müsabiqəsi “ClimateLaunchpad-2017”nin qalibi Reyhan Camalova ilə Yüksək Texnologiyalar Parkı arasında layihənin təkminləşdirilməsi məqsədilə  müqavilə imzalandı.