Cəmiyyət

Xətai rayonunda “İslam Həmrəyliyi və Multikultural dəyərlər Tolerantlığın əsasıdır” adlı layihənin təqdimatı olub

21-12-2017 | 12:32        

  

Azərbaycanı dünyaya sülhsever ölkə kimi tanıdan əsas meyarlardan biri onun tolerant olmasıdır. Dövlətimizin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan milli və dini icmaların arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Son illər respublikamızda, xüsusən də Bakı şəhərində mədəniyyət və din sahəsində keçirilən bir çox beynəlxalq tədbirlər artıq ənənəyə çevrilib. Bu fikitlərlə başlayan “İslam Həmrəyliyi və Multikultural dəyərlər Tolerantlığın əsasıdır” adlı tədbirdə Xətai rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirdi ki, Azərbaycanın bütün bölgələrində olduğu kimi Xətai rayonunda da milli-mənəvi dəyərlərimizə, azərbaycançılıq məfkurəsinə mühüm diqqət yetirilir. Çıxışlarda qeyd olundu ki, ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində Heydər Əliyev Fondunun xidmətləri böyükdür. Bu bir faktdır ki, Fond Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması və təbliği ilə bağlı olduqca əhəmiyyətli layihələr həyata keçirir. Sonra tədbir iştirakçıları layihə çərçivəsində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxdılar. Bildirdildi ki, sərgidə 14 yaşına qədər şagirdlərin 40-dan çox əsəri nümüyiş olunur. Şəkillərdə Azərbaycan, Türk və bir sıra islam ölkələrinin oxşar adət-ənənələri, milli geyimləri, dostluğu, humanizmi, tolerantlığı və sülhü özündə əsk etdirən şəkillər əsk olunub. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR