Xarici xəbərlər

Ermənistanda vəkillik fəaliyyəti məhdudlaşdırılır

21-12-2017 | 11:22        

  

Ermənistan parlamenti “Məhkəmə məcəlləsinə” dəyişklik edir. Bununla bağlı təklif olunan qanun layihəsi təsdiqlənərsə İrəvanda vahid məhkəmə sistemi olacaq. Yeni qanun vəkillərin hüquqlarını da məhdudlaşdırcaq. Beləki, hakimlər istədikləri vaxt vəkili cərimə edə bilərlər.

“Yelk” partiyası parlamentin müzakirəyə çıxardığı “Məhkəmə məcəlləsini” baykot edib. Partiyanın sədri Nikol Paşinyan bildirib ki, bu ölkədə yeni etiraz dalğası yaradacaq.  Onsuz da vəkillər üçün son bir il gərgin keçib. Hüquqşünaslar onların peşələrinə, toxunulmazlıqlarına qarşı aparılan hücumlara son qoyulması ilə bağlı dəfələrlə aksiya keçiriblər. Vəkillər   məhkəmə iclasları zamanı, qanunsuz axtarışlara  məruz qalırlar.  Bir qrup hüquq müdafiəçisi bu hallara etiraz olaraq aclıq aksiyası keçirsə də vəziyyət düzəlməyib. Bütün bunlar isə Ermənistanda insan hüquqlarına münasibətin dözülməz olduğunu təsdiqləyir. 

“Yelk” partiyasının deputatları deyirlər ki, onlar bu qanunsuzluqlara göz yummayacaqlar. Ona görə də Paşinyan tərəfdarları iclas zalını tərk ediblər. “Sarukyan” partiyası da belə gülünc qanun layihəsinə qarşı çıxacaqlarını açıqlayıblar.

Parlament sədri Ara Babloyan isə hər iki partiyanın etirazlarına baxmayaq “Məhkəmə məcəlləsinə” dəyişiklilərin təsdiqlənəcəyini deyib. İlkin müzakirələrdə  105 deputatdan 63-ü qanun layihəsinin lehinə səs verib.