Siyasət

İtaliyanın “Agenparl” agentliyi: “Azərbaycan Avropa İttifaqı ilə münasibətlərdə irəliyə doğru daha bir addım atır”

21-12-2017 | 10:27        

  

“Azərbaycan Avropa İttifaqı ilə münasibətlərdə irəliyə doğru daha bir addım atır”. İtaliyanın “Agenparl” agentliyinin yayımladığı məqalədə Avropa Parlamentinin qəbul etdiyi Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik haqqında qətnamə və onun Aİ-Azərbaycan münasibətləri üçün əhəmiyyətindən bəhs olunur.

Avropa Parlamentinin qəbul etdiyi Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik haqqında qətnaməsinə əsaslanan məqalədə qeyd edilir ki, bu sənəddə Aİ-nin xarici siyasət və təhlükəsizliyə dair qlobal strategiyasının əsas prinsipləri öz əksini tapıb. Aİ-nin Şərq Tərəfdaşlığına daxil olan bütün ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyə dair öhdəliklərinə sadiq olduğu təsdiqlənib. Bu səbəblərdən həmin sənədin 20 ildən artıq müddətdə Ermənistanın hərbi təcavüzünə məruz qalmış və ərazilərinin 20 faizinin işğal olunduğu Azərbaycan üçün prinsipial əhəmiyyətə malik olduğu vurğulanır. Məqalədə Avropa Komissiyasının Ticarət üzrə Baş Direktorluğunun rəsmi internet səhifəsində Avropa İttifaqı şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində kommersiya fəaliyyətinin yaradacağı məsuliyyətlə bağlı xəbərdarlığın yerləşdirilməsinə də diqqət çəkilir. Bu addım da Aİ tərəfindən Azərbaycanın mövqeyinə dəstək kimi dəyərləndirilir. İtaliyanın “Agenparl” informasiya agentliyinə görə, Avropa İttifaqının ölkələrin ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı mövqeyinin 2016-cı ilin noyabr ayında Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin Sammitində də tanındığı bildirilir. Yazıda Prezident İlham Əliyevin Brüssel Sammitində səsləndirdiyi fikirlərə də yer verilir: “XXI əsrdə təcavüzkar separatizm qəbul edilə bilməz. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və bərpa olunmalıdır. Sitatın sonu . Yazıda digər Şərq Tərəfdaşlığı ölkələrindən fərqli olaraq, Aİ-nin Azərbaycanla münasibətlərində iqtisadi komponentin, xüsusilə də enerji mövzusunun ikitərəfli səmərəli siyasi dialoq üçün sabit və etibarlı platforma olduğu vurğulanır. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (26.09.2018) :
Aydın Gecə : +19+21 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR