Bakı vaxtı : 
Cəmiyyət

14 oktyabr Ümumdünya Standartlaşdırma günüdür

14 oktyabr Ümumdünya Standartlaşdırma Günüdür. Bu tarix 1970-ci ildə təsis edilib. Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) bu ilin devizini “Beynəlxalq standartlar. Qlobal inamın yaradılması” adlandırıb.

Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikamızda standartlaşdırma və metrologiya üzrə dövlət siyasəti Nazirlər Kabineti tərkibində fəaliyyət göstərən Standartlaşdırma və Metrologiya Mərkəzi tərəfindən aparılırdı.  Ulu öndər Heydər Əliyevin 2001-ci il 27 dekabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi  fəaliyyətə başladı. 19 noyabr 2008-ci il tarixində isə prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Agentliyinin bazasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradıldı. Komitənin məqsədi istehsal prosesinin və istehlakçıların tələblərinə əsaslanan iqtisadiyyatın inkişafına yardım etmək və dünya bazarına keyfiyyətli məhsul çıxarılması prosesini sürətləndirməkdir.  Texniki tənzimləmə və standartlaşdırma sahəsi ilə bağlı dövlət siyasətini həyata keçirən Komitə bu sahədə mövcud qanunvericilik bazasının Avropa tələblərinə uyğunlaşdırılması istiqamətində mühüm işlər görüb. "Texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi haqqında" Qanun layihəsi hazırlanıb hökumətə təqdim olunub. Standartlaşdırma sahəsində fəaliyyətin müasir tələblər əsasında qurulması, yerli sənayenin rəqabət imkanlarının beynəlxalq standartların tətbiqi vasitəsilə gücləndirilməsi, iqtisadiyyatın prioritet sektorlarının inkişafına dəstək məqsədilə texniki komitələr yaradılıb. Görülən işləri koordinasiya etmək məqsədilə Komitə yanında standartlaşdırma və texniki tənzimləmə üzrə Texniki Şura yaradılıb. İxrac qabiliyyətimizin sürətli və dayanıqlı olması üçün beynəlxalq standartların qəbul və tətbiqinin vacibliyini nəzərə alaraq Standartlaşdırma İnstitutu bu sahədə intensiv iş aparır. Hazırda ölkəmizdə beynəlxalq standartların tətbiqi ilə bağlı mühüm proqramların qəbulu və icrası uğurla davam edir. 2011-ci ilin 9 ayı ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 65 milli standart qəbul edilib.

Axtarış
Hava haqqında
Bakı (26-11-2014) :
Yağış Gecə : +4 | Gündüz: +5
Məzənnələr
Dollar:
Alış: 0.7797 | Satış: 0.7868

RUR:
Alış: 0.0169 | Satış: 0.0177

Avro:
Alış: 0.9685 | Satış: 0.9812
AzTV təqdim edir