Bölgələr

Qazax rayonunun Daş Salahlı kəndində 2 uşaq bağçası istifadəyə verilib

21-12-2017 | 10:18        

  

Qazax rayonunun Daş Salahlı kəndində 2 və 3 saylı uşaq bağçaları əsaslı təmirdən sonra körpələrin istifadəsinə verilib. Bağçalar rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Akkord sement zavodu tərəfindən əsaslı təmir olunub. Rayonda bir sıra sosial layihələrə investisiya yatıran şırkət hər iki bağçada mətbəx, yemək və yataq otaqları, musiqi, idman və əyləncə zallarını zövqlə təmir etməklə yanaşı mərkəzləşdirilmiş istilik sistemi ilə də təchiz edilib. 2 saylı körpələr-evi uşaq bağçası 1 qruplu 20 yerlik,  3 sayli körpələr-evi uşaq bağçasında isə  2 qrupda  35 uşaq  var. 

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bildirib ki, gələcəyimiz olan uşaqların sağlam və xoşbəxt böyüməsi üçün prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva tərəfindən məqsədyönlü işlər görülür. Onların qayğısız, rahat böyüməsinə göstərilən diqqət yüksək qiymətləndirliib. Tədbirdə o da qeyd olunub ki, Qazax şəhərində daha bir 100 yerlik uşaq bağçasının yeni binası yaxın zamanda istifadəyə veriləcək. Sonda Qazax Akkord sement zavodu tərəfindən körpələrə hədiyyələr təqdim olunub.