Siyasət

“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi keçirdiyi rəy sorğusunun nəticələrini açıqlayıb

21-12-2017 | 10:04        

  

Azərbaycan son illər dünyaya özünün uğulu inkişaf modelini təqdim edən nadir ölkələrdən hesab olunur.Vətəndaş cəmiyyətinə əsaslanan bu modelin mərkəzində isə insan amili,onun rifahı dayanır və prezident İlham Əliyevin strateji siyasətinin əsas hədəflərindən biri də məhz budur.“ELS - Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı ölkədə mövcud ictimai-siyasi durumun qiymətləndirilməsinə dair ekspress rəy sorğusunun nəticələri də bu baxımdan təsadüfi deyil. Sorğuda respondentlərə təqdim olunan “Gələn həftə prezident seçkiləri keçiriləcəyi halda kimə səs verərdiniz” sualına respondentlərin 85,2 faizi prezident İlham Əliyevə - deyə cavab verib. Sözsüz ki,bu nəticə xalqın prezident İlham Əliyevə, onun yeritdiyi daxili və xarici siyasətə, ölkənin gələcək uğurlarına dərin inamı ifadə edir.

Ölkədə reallaşan sosial, siyasi və iqtisadi islahatların uğurunda əsas faktorlardan biri prezidentin daxili və xarici siyasətinə xalqın mütləq əksəriyyətinin dəstək göstərməsidir. Elə bu səbəbdən də Azərbaycan hətta dünyada ciddi maliyyə-iqtisadi böhranı şəraitində belə inkişaf templərini qoruyub saxlayır, iqtisadiyyatını uğurla şaxələndirir, regional və qlobal təhlükəsizlikdə sabitləşdirici faktor kimi çıxış edir. Elə bu səbəbdən də Azərbaycanın nüfuzu getdikcə artır, müasir dünyanın problemləri Bakı platformasında çözülür. Aparıcı dünya dövlətləri ilə imza atdığı layihələr isə onu regionun aparıcı söz sahibinə çevirib. Şübhəsiz ki, bütün bunlar Azərbaycan prezidentinin praqmatik və rasional siyasətinin məntiqi nəticəsidir.

ELS - Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi tərəfindən aparılan sorğunun nəticələri də  bu həqiqəti bir daha ortaya qoyur. Sorğuya görə ölkədə vəziyyətin stabil olduğu qənaətində olan  92,8 % respodent  aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində əhalinin rifah halında yüksələn xətt üzrə dəyişikliklərin olduğu fikrini bölüşür. Dövlət başçısının yüksək reytinqini şərtləndirən digər paramütrlərə gəlincə rəy sorğusunda onlar belə yer alır. Rəyi soruşulanların 83,7%-i  Azərbaycanın son beş ildə düzgün istiqamətdə inkişaf etdiyini, 91,4%  prezindentin həyata keçirdiyi xarici siyasəti, 84,7%-i isə daxili siyasəti dəstəklədiyini, 67,4%-i isə aprel döyüşlərindəki qələbə və “Böyük Qayıdış”ın rəmzinə çevrilən Cocuq Mərcanlı nümunəsini dəstəklədiklərini bildiriblər.

Sorğuda respondentlərə “Gələn həftə prezident seçkiləri keçiriləcəyi halda kimə səs verərdiniz” sualına respondentlərin 85,2 faizi prezident İlham Əliyevə - deyə cavab veriblər.

İradə Yaqubova -“ELS - Müstəqil Araşdırmalar Mərkəzi”-nin rəhbəri:

Sorğu zamanı respondentlərə gələn həftə ölkə Prezidenti seçkiləri keçiriləcəyi halda, ölkə Prezidenti İlham Əliyevə səs verəcəklərinə dair sual verilib. Rəyi soruşulanların 85,2%-i İlham Əliyevə səs verəcəklərini bildirib.  5,1%-i dəstək verməyəcəyini bildirib, 9,7% respondent isə cavab verməkdə çətinlik çəkiblər.

Şübhəsiz ki, bütün bunlar Azərbaycanın xalqın maraqlarına söykənən daxili və xarici siyasətdən qaynaqlanır.Güclü iqtsadi əsaslara malik olan bu siyasət həm də ardıcıl islahatlarla müşaiyət olunur və ölkənn idarəetmə sistemi təkmilləşdirirlir.Xalqın mütləq əksəriyyətinin dəstək verdiyi Konstitusiya islahatı nətcəsində yaradılan Vitse –prezidentlik institunun özünü qəsa müddət ərzində  doğrultması da buna əyani nümunə ola bilər.Birinci vitse-prezident kimi Mühriban Əliyevanın çox mühüm layihələr,sosial təşəbbüslər ,ölkənin milli maraqlarının təmin olunmasında çoxşaxəli fəaıliyyəti də rəy sorğusunda ifadəsini tapıb. Belə ki,rəyi soruşulanların 62,9% Mehriban Əliyevanın Birinci Vitse-Prezident seçilməsini dəstəkləyir.

Transmilli layihələrin gerçəkləşməsi,ölkə iqtisadiyyatına irimiqyaslı sərmayələr və investisiyaların yatırtılması da sorğuda mühüm yer tutur. Digər mühüm məqam ölkəmizin strateji maraqlarının təmin edilməsində bərabərhüquqlu tərəfdaş prinsipinin prioritet seçilməsidir. Müstəqillik tarixində azərbaycanın imza atdığı və  dünya üçün prinsipial mahiyyət kəsb edən layhələr məhz bu prinsip əsasında həyat vəsiqə alıb və bu strateji kurs bu gün də uğurla davm edir. Bakı -Tbilisi -Ceyhan ixrac kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri kimi irimiqyaslı layihələrin prezident İlham Əliyevin siyasi iradəsi ilə reallığa çevrilməsi də respodentlər tərəfindən təqdir edilir. 59,3% Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını, 57,6% ASAN Xidmət mərkəzlərinin açılışı və uğurlu fəaliyyətini, 51,6% yeni infrastrukturun yaradılmasını, 43,9% yeni məktəblərin tikilməsi və açılışı eləcə də  yeni uşaq bağçalarının açılışını, 35,4% beynəlxalq müsabiqələr, yarışlar  və tədbirlərin keçirilməsini, 34,8% yeni iş yerlərinin açılmasını, 34,6% bölgələrə gedən yolların bərpasını, 31,2%  rayonların qazlaşdırılmasını, 27,3% neft müqaviləsinin bağlanmasını, 21% məcburi köçkünlərə  və şəhid ailələrinə evlərin verilməsini20,3%  abadlaşdırma işlərinin aparılmasını, 6,7% “Qarabağ” futbol klubunun beynəlxalq arenada tanınmasını və idmançılara diqqətin gücləndirilməsini, 15,4% respondent isə  pambıqçılığın, baramaçılığın və tütünçülüyün inkişafını önəmli hadisə kimi qiymətləndirib.

Ölkənin ümumi inkişaf ahəngi, yeritdiyi müstəqil siyasət və onun nəticələri isə həm yerli, həm də beynəlxalq reytinq agentliklərinin diqqətindədir. Belə ki,Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İnsan İnkişafı İndeksində “yüksək insan inkişafı” ölkələri qrupunda yer alır, Dünya Bankının adambaşına düşən ümumi milli gəlir təsnifatına görə “yuxarı orta gəlirli” ölkələr qrupuna daxildir. Niderlandın ING maliyyə holdinqinin bu il dekabrın 6-dakı analitik məruzəsində Azərnbaycan reallıqlarının yüksək qiymətləndirilməsi bu baxımdan təsadüfi deyil. Belə ki, Azərbaycan vətəndaşlarının 81%-i hökumətə etibar edir, siyasi partiyalar rəyi soruşulanların 45%-nin, Milli Məclis isə 65 %-nin etimadını doğruldur, vətəndaşların 80%-ə yaxını ölkənin gələcəyini nikbin qiymətləndirir, rəyi soruşulanların 83%-ə yaxını şəxsi gələcəyinə nikbinliklə baxır.

Beləliklə, nəinki regionda, ümumilikdə Avroatlantik məkanda öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi, etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın uğurları dövlətin bütün sahələrdə inkişafı ilə bərabər onun vətəndaşlarının da gələcəyə aydın, nikbin baxışlarını formalaşdırıb.