Cəmiyyət

Azərbaycanda 2025-ci ilədək 450 mindən çox yeni iş yeri yaradılacaq

20-12-2017 | 15:26        

  

Azərbaycanda 2025-ci ilədək 450 mindən çox yeni iş yeri yaradılacaq. Bununla bağlı olaraq ölkədə müxtəlif layihələrin reallaşdırılması nəzərdə tutulub. Bu fikirlər Bakıda  “Əmək bazarı: islahatlar, çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfrans səslənib.

“Azərbaycanda dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində əmək bazarının inkişafına yönələn islahatlar ölkəmizin bu sahədə də reytinqinin getdikcə artmasına şərait yaradıb. Dünya İqtisadi Forumunun  “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycanın eyni zamanda əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutması bunu bir daha təsdiq edir. Bu barədə “Əmək bazarı: islahatlar, çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda nazir Səlim Müslümov məlumat verdi. Diqqətə çatdırıldı ki, Azərbaycanın demoqrafik baxımdan sabit inkişaf edən ölkə hesb olunur. “2006-2016-cı illər ərzində Azərbaycanda əhalinin orta illik artım tempi 1,3 faizə yaxın olub. Bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir. Ölkədə işsizlik səviyyəsi davamlı şəkildə azalaraq 2017-cı ildə 5 faiz təşkil etdiyini də deyən nazir vurğuladı ki, 2003-2017-ci illərdə ölkədə 74 faizi və ya 1,4 milyonu daimi olan 1,9 milyon yeni iş yeri açılıb. 2025-ci ilə qədər əlavə olaraq daha 450 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Özünüməşğulluq proqramının əhəmiyyətindən danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bu proqramın aztəminatlı ailələrin məşğulluq potensialının reallaşdırılması yolu ilə onların yoxsulluqdan kiçik ailə biznesinə çıxışına imkan yaratdığını bildirdi. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin eyni zamanda əmək bazarında inkişaf meyllərini stimullaşdırmağa yönəldiyini diqqətə çatdırdı. Konfrans işini panel iclasları ilə davam etdirdi

"Xəbərlər", Azərbaycan Televiziyası