Cəmiyyət

“İslam həmrəyliyi ili” çərçivəsində 100 adda kitab çap olunub

20-12-2017 | 14:51        

  

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam həmrəylik ili çərçivəsində çap etdiyi nəşrlərin sərgisini təşkil edib.

İslam həmrəyliyi ili cərcivəsində 100 adda kitab və müxtəlif broşurlar cap olunub. Kitablarda İslam dininin maddi və qeyri-maddi irsimizin formalaşmasında rolu, dünyada həmrəyliyin təmin olunmasında əhəmiyyəti, ölkəmizin birgəyaşayış siyasətinin daha dərindən mənimsənilməsi öz əksini tapır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov dedi ki, nəşrlərdə ulu öndər Heydər Əliyevin din siyasəti sahəsində apardığı işlər də yer alıb. Həmçinin Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti  Mehriban Əliyevanın milli mənəvi dəyərlərimizin qorunması istiqamətində apardıqları iri miqyasllı işlərə də yer verilib.

Qeyd edildi ki,  fəlsəfi-siyasi, hüquqi əsasları və sosial-analitik təhlili, həmçinin dini maarifləndirmə işinin təşkili məqsədilə bir sıra kitab, kitabça və digər məlumat xarakterli nəşrlər də hazırlanıb.

“Xəbərlər”, Azərbaycan Televiziyası