Cəmiyyət

Məişət tullantılarından yaranan “dib külü”ndən yolların asfaltlanmasında istifadə edilir

20-12-2017 | 12:56        

  

Paytaxtın Balaxanı qəsəbəsində yerləşən bərk məişət tullantılarının yandırılması zavodunda məişət tullantılarının utilizasiyası nəticəsində əmələ gələn “dib külü”ndən  yolların  asfaltlanmasında istifadə edilir. Zavodun idarəçisi “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti  tərəfindən reallaşdırılan sosial aksiya zamanı 460 tondan çox “dib külü” toplanıb. “Dib külü”ndən qəsəbədə ümumi sahəsi 43 min m² təşkil edən yolların əsaslı təmir-bərpa işləri və asfalt örtüyünün yenilənməsində istifadə olunub.

Layihəyə əsasən əhalinin daha çox istifadə etdiyi yolun örtüyü bərpa olunur. 2013-2015-ci illərdə isə bu sosial layihə çərçivəsində Balaxanı qəsəbəsində ümumi uzunluğu 87 km-dən artıq olan su xətti də çəkilib, 20 mindən çox qəsəbə sakini içməli su ilə təmin edilib. Ümumilikdə isə Balaxanı bərk məişət tullantılarının yandırılması zavodunda tullantıların utilizasiyası prosesi nəticəsində il ərzində 231,5 mln KVt/saat elektrik enerjisi hasil olunur. İl ərzində zavodda əldə edilən enerji ilə 300 min əhalisi olan şəhəri elektrik enerjisi ilə tam təmini mümkündür.