Bölgələr

Səyyar ASAN xidmət avtobusu Tovuz dayanacağındadır

20-12-2017 | 12:51        

  

Ölkə başçısının tapşırığına əsasən,  “ASAN” mərkəzlərin fəaliyyət göstərmədiyi şəhər və rayonlarda ən müasir texnoloji avadanlıqlarla təchiz edilən xüsusi avtobuslar sakinlərin ixtiyarındadır. Növbəti dayanacaq isə Tovuz seçilib. İndi nəinki tovuzlular, ətraf rayonların sakinləri də vaxt itirmədən və uzun məsafə qət etmədən burada qurulan mobil ofisdə lazımi sənədləri qısa müddət ərzində əldə edirlər.

Bu xidmətin elə adına layiq asan və keyfiyyətli olması üçün Tovuz dayanacağındakı səyyar avtobusda hər bir vətəndaş üçün bərabər imkanlar və əla şərait yaradılıb. Sakinlər yetər ki, məlumat bürosuna yaxınlaşaraq, sənədlərini təqdim etsinlər. Dərhal müraciət diqqətlə dinlənilir və maksimum 1-5 dəqiqə ərzində ehtiyac duyulan prosedura start verilir. Beləcə sakin vaxt itkisinə yol vermədən, sənədlərini əldə edir. Bu və digər xidmətləri isə Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir. 

Sakinlər bir ağızdan deyirlər ki, operativlik, şəffaflıq, rahatlıq baxımından ASAN Xidmət əsil nümunədir. Belə peşəkar xidmət göstərən ailənin bir parçası da  “Asan könüllüləri”dir. Belə çalışqanlıq bu günün könüllülərinin sabahın qabaqcıl işçisi olmaları üçün ən qısa yoldur.  Çünki qazandıqları təcrübə nəticəsində karyera yüksəlişi çox asanlaşır. Xüsusən də bu təcrübə son müasir innovativ yenilikləri özündə birləşdirən, bütün dünyada nümunəvi model kimi göstərilən Asan Xidmətdə əldə olunubsa...

Odur ki, əgər Tovuzda ya ətraf rayonlarda kiminsə sənədləşmə işi qalıbsa, hələ vaxtınız var. Çünki ildən- ilə fəaliyyət xəritəsini genişləndirən ASAN xidmət avtobusu dekabrın 26-na kimi Tovuz dayanacağında olacaq.  

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.11.2018) :
Buludlu Gecə : +8+10 | Gündüz: +12+14
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR