Xarici xəbərlər

İspaniyanın Kataloniya regionunda növbədənkənar seçkilərlə bağlı kampaniya başa çatıb

20-12-2017 | 12:00        

  

İspaniyanın Kataloniya regionunda növbədənkənar seçkilərlə bağlı kampaniya başa çatıb. Seçki kampaniyasının son günündə iştirakçılar tərəddüd edən seçiciləri öz tərəflərinə çəkməyə çalışıblar. Tərəddüd edən vətəndaşların sayı seçicilərin 20%-ni təşkil edir. Regionun İspaniyadan ayrılmasının tərəfdarları və əleyhdarlarının seçkidə qalib gəlmək şansları hələ ki, bərabərdir. Proqnozlara görə sağ-mərkəzçi Vətəndaşlar partiyasının qalib gələcəyi gözlənilir. Partiyanın namizədi İnes Arrimadas bütün kataloniyalıların prezidenti olmaq istədiyini, bundan əvvəlki prezidentin yalnız müstəqillik tərəfdarlarının rəhbəri olduğunu bəyan edib. Arrimadasın fikrincə məhz dialoqun olmaması kataloniyalıları İspaniyadan ayrılmağı tələb etməyə sövq edib. Barəsində həbs orderi verilən Kataloniya regional hökumətinin sabiq rəhbəri Karles Puçdemon seçki kampaniyasını Belçikadan aparmalı olub. Bununla belə, Puçdemon qalib gələcəyi halda Barselonaya qayıdacağını vəd edib. Regional seçkilərdə iştirak etmək üçün o, namizədliyini “Kataloniya uğrunda birlikdə” partiyasından irəli sürüb. Analitiklər Kataloniya hökumətinin sabiq rəhbəri və üzvlərinin seçkidə qalib gəlmək şansının az olduğunu hesab edir.  

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR