Xarici xəbərlər

Berlində eyni gündə İslam əleyhinə 2 nümayiş keçirilib

20-12-2017 | 10:42        

  

Almaniyanın paytaxtı Berlində eyni gündə 2 antiislam nümayiş keçirilib. “Berlin İslama qarşı” şüarı altında keçirilən aksiyaya  300-dən çox adam qoşulub. Nümayiş iştirakçıları Kayzer Vilhelm memorial kilsəsinin qarşısına toplaşıblar. Onlar ötən il Berlində milad yarmarkasında törədilmiş terror aktı qurbanlarının xatirəsini yad ediblər. Daha bir aksiya ultrasağ “NDP” partiyasının təşkilatçılığı ilə keçirilib. Nümayişə onlarla millətçi fəal qoşulub. Etirazçılar islamafob və irqçi şüarlar səsləndiriblər. Nümayiş zamanı asayişin qorunmasına çox sayda polis əməkdaşı nəzarət edib.