İdman

Növbəti Formula-1 Azərbaycan Qran-Prisinə hazırlıq tədbirlərinə start verilib

20-12-2017 | 10:34        

  

Azərbaycanın Formula-1 yarışına növbəti dəfə ev sahibliyi etməsi üçün paytaxt Bakıda tikinti-quraşdırma işlərinə start verilib. Bu sahədə təcrübə qazanan ölkəmiz hazırlıq işlərinə daha az vaxt sərf edəcək. Bakı Şəhər Halqasının Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Butçer bu barədə məlumat verib. Bildirib ki, ilkin mərhələdə Xəqani küçəsinin Puşkin küçəsi ilə Bülbül prospekti arasında olan hissəsinə təhlükəsizlik baryerləri quraşdırılacaq. Tom Butçerin sözlərinə görə, Paddok binası hazır vəziyyətdədir və qənbər daşlı hissə başda olmaqla, bütövlükdə trek boyunca yeni asfalt qatının salınmasına ehtiyac yoxdur. Yarışla əlaqədar aparılan tikinti-quraşdırma işlərinin əsasən iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Martın sonunadək davam edəcək ilkin mərhələdə trekin bəzi hissələrində asfalt qatında bərpa işləri aparılmaqla yanaşı, trek boyunca təhlükəsizlik baryerlərinin əksəriyyəti də quraşdırılacaq. Martın əvvəllərində trek ətrafında tribunalar və digər müvəqqəti tikililərin inşasına başlanacaq. İkinci mərhələ isə martın sonundan yarış həftəsinədək davam edəcək. Bu mərhələdə avtomobil yolları açıq saxlanılmaqla, trekin qalan hissələrinə təhlükəsizlik baryerləri quraşdırılacaq. Formula 1-ə hazırlıq tədbirləri gecə saatlarında avtomobillərin hərəkətini də məhdudlaşdıracaq. Belə ki, sürücülərdən xahiş olunur ki, saat 22:00–06:00-dək Xəqani küçəsində avtomobilləri saxlamasınlar, yaxın ərazilərdə yerləşən parklanma yerlərindən istifadə etsinlər.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR