Siyasət

Şinzo Abe: “Yaponiya Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verir”

20-12-2017 | 10:25        

  

Yaponiya Azərbaycan ilə münasibətlərə böyük əhəmiyyət verir, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Yaponiyanın Baş naziri Şinzo Abe bu ölkədə akkreditə olunmuş səfirlərlə keçirdiyi görüşdə belə deyib. Bu il Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin 25 illiyinin qeyd olunduğu diqqətə çatdırılıb. Bildirilib ki, ikitərəfli münasibətlər baxımından 2017-ci il çox səmərəli olub. Görüşdə ölkələrimiz arasında əməkdaşlığıın xüsusən iqtisadi sahədə genişləndirilməsinin vacibliyi də vurğulanıb. 24 ölkədən olan səfirlərin iştirak etdiyi tədbirdə Azərbaycanda 1918-1920-ci illərdə İslam dünyasında ilk demokratik dövlət yaradıldığı qeyd olunub, müstəqillik illərində ölkəmizin əldə etdiyi nailiyyətlər diqqətə çatdırılıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (26.09.2018) :
Aydın Gecə : +19+21 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR