İqtisadiyyat

Azərbaycan ikinci telekommunikasiya peykini 2018-ci ilin ortalarında orbitə çıxaracaq

20-12-2017 | 10:24        

  

Azərbaycanın ikinci peyki - “Azerspace-2”nin tikintisi üzrə işlər plana uyğun davam edir. Yeni peyk 2018-ci ilin ortalarında orbitə çıxarılacaq. Qeyd edək ki, 2013-cü ilin fevral ayında orbitə buraxılan “Azerspace-1” peykinin dairəsi Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni orbital mövqeyə çıxarmağı və yaxın illərdə çox yüksək məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır. Ümumiyyətlə isə Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR