Bölgələr

18 kəndin 40 minədək sakini içməli su ilə təmin olunub

19-12-2017 | 17:01        

  

Prezident İlham Əliyevin sərəncamına əsasən Sabirabad rayonunun 18 kəndinin 40 minədək sakini keyfiyyətli içməli su ilə təmin edilib. Kəndlərdə yeni su təchizatı infrastrukturları yaradılıb və kəndlərə suyun verilməsinə başlanılıb.

2014-cü ildə Sabirabad şəhərinə yeni magistral su kəmərinin çəkilməsindən və şəhərdə su şəbəkəsinin yenidən qurulmasından sonra kəndlərin də su təchizatı üçün əlverişli imkan yaranıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayonun içməli sudan əziyyət çəkən 18 kənddə icra olunan layihə sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına səbəb olub. Ümumilikdə 40 minədək əhalinin yaşadığı bu yaşayış məntəqələrində 163 bulaq quraşdırılıb.

Kənd sakinləri indiyədək kanalların suyunu duruldaraq istifadə ediblər. Yeni su təchizati sistemi ilə isə kəndlərə keyfiyyətli işməli su verilir.

Sakinlər su ilə bağlı problemlərin həllinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.  

Yeni su təchizatı infrastrukturunun yaradılması münasibəti ilə Qaralar kəndində təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov regionlarda həyata keçirilən sosal layihələrin əhəmiyyətindən danışdı. Bildirdi ki, Aran bölgəsində yerləşən Sabirabad rayonunda içməli su təchizatı həmişə aktual olub. Son illər həyata keçirilən layihələr çərçivəsində rayon mərkəzi ilə yanaşı, bəzi kəndlərə də keyfiyyətli  suyun verilməsi  təmin edilib. İndi isə daha 40 min əhalinin işməli su ilə təminat yaxşılaşır. “Regionların Sosial-İqtisadi İnkişafı üzrə Dövlət Proqramı” çərçivəsində respublikanın 47 şəhər və rayon mərkəzində, həmçinin 300-dən çox kənddə içməli su layihələrinin icra olunduğunu diqqətə çatdıran “Azərsu” ASC-nin sədr müavini Köçəri Həsənov bildirdi ki, ölkə başçısının sərəncamına əsasən daha 170 kənddə su təchizatı infrastrukturu yaradılıb və o kəndlərin əksəriyyətinə içməli su verilib. Bu layihələrdən 271 mindən artıq sakin faydalanır. Bu sahədə işlərin növbəti illərdə də davam etdiriləcək. 

“Xəbərlər”, azərbaycan Televiziyası

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR