Digər

“İnşaat və inşaat təhsilinin müasir problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib

19-12-2017 | 14:13        

  

Memarlıq və İnşaat Universitetində elm, təhsil və istehsalat arasında əlaqələrin inkişaf etdirilməsində mühüm rol oynayacaq “İnşaat və inşaat təhsilinin müasir problemləri” mövzusunda beynalxalq konfrans keçirilib.

Prezident İlham Əliyevin inşaat sahəsinə olan diqqət və qayğısı nəticəsində ölkəmizdə tikinti sektorunun inkişafı istiqamətində mühüm işlər görülür, yeni müasir yerli istehsal müəssisələri yaradılır. Bu isə ixtisaslı kadr ehtiyatına olan tələbat daha da artırır. Memarlıq və İnşaat Universitetində elm, təhsil və istehsalat arasında əlaqələrin inkişaf etdirilməsində mühüm rol oynayacaq “İnşaat və inşaat təhsilinin müasir problemləri” mövzusunda keçirilən beynalxalq konfrans bu barədə bildirildi. Universitetinin rektoru Gülçöhrə Məmmədova ölkəmizdə memarlıq və inşaat təhsilinin təşəkkülü və təkmilləşdirilməsi, bu sahədə əldə olunan uğurlar, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən islahatlar, tətbiq olunan yeniliklər barədə məlumat verdi. Konfransda Memarlıq və İnşaat Universitetinin və Turkiyənin İstanbul Texniki Universitetinin İnşaat mühəndisliyi bölümünün professor, müəllimləri tərəfindən inşaat materialşünaslığının inkişafı, yeni materiallar və texnologiyalar, tikinti materiallarının istehsalında yeni kimyəvi maddələrin tətbiqi və digər aktual məsələlər müzakirə olundu. Konfrans işini bölmə iclasları ilə davam etdirdi.  

“Xəbərlər”, Azərbaycan Televiziyası