Digər

“Prezident sərəncamının işığında: Azərbaycan Xalq Cumhuriyyəti-100” movzusunda elmi konfrans keçirilib

19-12-2017 | 12:43        

  

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamına əsasən, Milli Elmlər Akademiyasında elmi konfrans keçirilib.

“Prezident sərəncamının işığında: Azərbaycan Xalq Cumhuriyyəti-100” movzusunda konfrans akademiyanın İctimai Elmlər bölməsi və Tarix İnstitutu tərəfindən təşkil olundu. Milli Elmlər Akademiyasının vitse prezidenti İsa Həbibəyli Azərbaycan Xalq Cumhuriyyətinin tariximizin şərəf səhifəsi olduğunu dedi. Bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair Milli Elmlər Akademiyası tərəfindən bir çox elmi əsərlər yazılıb və dissertasiyalar müdafiə edilib. Xalqımızın şərəfli tarixi dövrü barədə 2004-2005-ci illərdə hazırlanan iki cildlik ensiklopediya da bu işlər arasında xüsusi yer tutur. MEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov isə diqqətə çatdırdı ki, dünyanın, o cümlədən Müsəlman Şərqinin ən demokratik respublikasını Azərbaycan xalqı yaradıb. Bu isə bütün Şərq üçün nümunədir. Konfransda tarixçi-alimlər mövzu ilə bağlı məruzələrlə çıxış etdilər.

"Xəbərlər", Azərbaycan Televiziyası

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (26.09.2018) :
Aydın Gecə : +19+21 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR