Xarici xəbərlər

Ermənistanda gənclər əsgər getmək istəmirlər

19-12-2017 | 11:12        

  

Ermənistanda tələbələr bir müddət əvvəl keçirdikləri kütləvi aksiyaları bərpa etməyi qərara alıblar. Səbəb isə eynidir. Onlar əsgər getmək istəmirlər. Bunun üçün də möhlət hüququnun ləğvi ilə bağlı qərarın dəyişdirilməsini tələb edirlər.

Ermənistanda hərbi xidmətə yollanmaqdan imtina edən gənclər hökumətlə danışıqların nəticə vermədiyini deyirlər. Aldadıqlarını bildirən tələbələr yenidən etirazlara başlayıblar. Onlardan dördü  aclıq elan edib. Etirazçılara rəhbərlik edən David Petrosyan jurnalistlərə, aksiyaya İrəvan Dövlət Universitetinin Fizika fakültəsində  başladıqlarını açıqlayıb. Onun sözlərinə görə hökümət bir aya yaxındır tələbələ ancaq vəd verir. “Onlar bununla sadəcə vaxt uzadırlar. Amma iradəmizi qıra bilməyəcəklər. Biz hərbi xidmətə getməyəcəyik”- deyə Petrosyan əlavə edib. Onun sözlərinə görə aclıq aksiyasını yalnı irəli sürülən şərtlər yerinə yetirildikdən sonra dayandıracaqlar. Gənclər birmənalı şəkildə orduda xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasının əleyhinədirlər. Tələblərinə əhəmiyyət verilmədiyini görən tələbələr dərslərə girmir, yürüşlər təşkil edir, yolları bağlayır, aclıq aksiyası keçirirlər. Erpres armenian saytının bununla bağlı məlumatında deyilir ki, gəclərin aksiyası bəhanədir. Onlar təhsillərini davam etdirmək yox, əsgər getməmək uğrunda mübarizə aparırlar, duz də edirlər. Çünki, hökumət onların təhlükəsizliyinə zəmanət vermir. Bütün hərbi hissələrdə geyim, qida, istilik, təmizlik problemləri mövcuddur. Övladları xidməti başa vuranadək valideynlər müflis olurlar. Əsgərlər tez-tez təhqir olunur, incidilirlər. Ona görə də gənclər həyatlarını boş yerə təhlükəyə atmaq istəmirlər.

“Xəbərlər”, Azərbaycan Televiziyası