Siyasət

Azərbaycan Peruda keçirilən şərqidə iştirak edir

19-12-2017 | 10:56        

  

Peruda Prezident Sarayında Milad bayramı və müxtəlif ölkələrin ənənəvi milli bayramlarına həsr olunan tədbir-sərgi keçirilib. Bir həftə davam edəcək bu mərasimdə Azərbaycan Novruz bayramı ilə bağlı təqdimatla çıxış edir. Sərginin çoxsaylı qonaqları digər bayramlarla yanaşı, Novruz bayramının tarixi, ənənələri, bayram süfrəsi ilə tanış olurlar. Qonaqlar UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan məşhur bayramların ənənələri və rəngarəng atributları ilə tanış olmaq imkanı əldə ediblər. Yerli televiziya və radio kanallarında işıqlandırılan mərasim böyük marağa səbəb olub.