Bölgələr

Bu gün Lənkəranda “Çay, çəltik və sitrus meyvələri” festivalı keçirilir

19-12-2017 | 10:52        

  

Ölkəmizdə ilk dəfə olaraq bu gün Lənkəranda “Çay, çəltik və sitrus meyvələri” festivalı keçirilir. Festival iştirakçılarını Heydər Əliyev Xatirə Parkında sərgilər, rəngarəng musiqi nömrələri və gözəl bayram ab-havası gözləyir. Qonaqlar Lənkəranın növbənöv quru çaylarla tanış olmaq, təcrübəli aşpazların hazırladığı 50 növdən çox plov və şirniyyatları dadmaq imkanı əldə edəcəklər. Lənkəranda ilk dəfə yetişdirilən hallabonq meyvəsi isə bu torpaqda becərilən yeni ekzotik meyvədir və festival iştirakçıları onun da dadına baxa biləcəklər. Bayramda həmçinin bu şəhərdə istehsal olunan məhsullar, xalq sənətkarlığı nümunələri nümayiş ediləcək. “Çay, çəltik və sitrus meyvələri” festivalı respublikanın tanınmış incəsənət ustalarının ifasında bayram konserti ilə davam edəcək və atəşfəşanlıqla başa çatacaq.

"Xəbərlər", Azərbaycan Televiziyası

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR