Siyasət

İordaniyanın “Uruba” xəbər agentliydə ümummilli liderin həyat və faəliyyəti geniş işıqlandırılıb

19-12-2017 | 10:41        

  

Ulu öndər Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyi tərəfindən təşkil olunan anım tədbiri bu ölkənin nüfuzlu “Uruba” xəbər agentliyinin internet saytında geniş işıqlandırılıb. Məqalədə tədbir zamanı ümummilli lider Heydər Əliyevin xatirəsinin dərin ehtiramla yad olunduğu, anım mərasiminin Əmman şəhərində Ulu Öndərin adını daşıyan meydanda davam etdirildiyi vurğulanıb. Yazıda həmçinin müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti, onun Vətən və xalq qarşısında müstəsna xidmətləri, Ulu Öndərin bir rəhbər kimi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən nadir şəxsiyyət olması, mənalı ömrünü ölkəsinin inkişafına həsr etdiyi barədə ətraflı məlumatlar yer alıb.

"Xəbərlər", Azərbaycan Televiziyası