Cəmiyyət

Əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2 faiz artıb

19-12-2017 | 10:36        

  

Bu ilin yanvar-noyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin gəlirləri 43 milyard 389,9 milyon manata çatıb. Belə ki, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 4459,1 manat təşkil edib. Bu dövr ərzində gəlirlərin 84,8 faizi son istehlak xərclərinə, 8,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 4,9 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 39 milyard 692,4 milyon manat vəsait qalıb.