Siyasət

“Le Monde”: “Azərbaycan - odlar yurdunun kəşfi”

19-12-2017 | 10:32        

  

Fransanın nüfuzlu “Le Monde” nəşrinin bloqunda “Azərbaycan - odlar yurdunun kəşfi” adlı məqalə dərc olunub. Məqalədə Şərq ilə Qərb arasında yerləşən Azərbaycanın tarixindən, ölkəmizin 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməsindən və burada müxtəlif dinlərin nümayəndələrinin mehriban şəraitdə yaşamasından bəhs olunur. XX əsrin böyük şəxsiyyəti Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə sabitliyin bərpa edildiyi diqqətə çatdırılır. Məqalədə Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə də toxunulur, ölkəmizin Avropa enerji təhlükəsizliyində rolundan söz açılır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan müəllif qeyd edir ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib, bu qətnamələrdə Dağlıq Qarabağın Azərbaycan torpağı olduğu vurğulanıb. Azərbaycan öz ərazilərini hərbi yolla azad etməyə qadir olmasına baxmayaraq, sülh yolu ilə həllə üstünlük verir.