İqtisadiyyat

Bu ilin 11 ayı ərzində qeyri-neft sektoru üzrə ixracda 22 faiz artım qeydə alınıb

18-12-2017 | 16:50        

  

2017-ci ilin 11 ayı ərzində Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac 1 milyard 2887 milyon ABŞ dolları olub. Azexport portalına isə 11 ayda 71 ölkədən 444,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişi daxil olub.

Bu ilin 11 ayı ərzində Azərbaycanda qeyri-neft sektoru üzrə ixracda artım qeydə alınıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalın”a əsasən, ötən illə müqayisədə qeyri-neft sektoru üzrə ixracda artım 22 faizdən çox olub. 

Bu il Azərbaycanın qeyri-neft məhsullarının ən çox ixrac edildiyi ölkə Rusiya olub. 11 ay ərzində bu ölkəyə 498 milyon ABŞ dolları həcmində məhsul ixrac olunub. Rusiyadan sonra beşlikdə olan ölkələr Türkiyə, İsveçrə, Gürcüstan və İtaliya olub. Hesabat dövründə Azərbaycan məhsulları arasında pomidor ən çox ixrac olunandır. 140.2 milyon ABŞ dolları məbləğində pomidor məhz Rusiya bazarlarında satılıb. Siyahıda ikinci yeri qızıl, üçüncü yeri isə qabığı təmizlənmiş meşə fındığı tutub.   Yalnız noyabr ayı ərzində xurmanın ixracında artım qeydə alınıb. “İxrac İcmalı”nda 2017-ci ilin 11 ayı ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, bu müddətdə  dünyanın 71 ölkəsindən 444.6 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub.  Portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya 18.4 % -lə, Türkiyə 7.1%lə, Ukrayna 5.8%lə, Hindistan-4.5 lə, ABŞ isə 4.2 %-lə yer alıb. 

"Xəbərlər", Azərbaycan Televiziyası