Siyasət

GUAM Parlament Assambleyasının 10-cu sessiyasında DQ məsələsi müzakirə predmeti olub

18-12-2017 | 16:36        

  

GUAM Parlament Assambleyasının Gürcüstanda keçirilən 10-cu sessiyası çərçivəsində qurumun büro və komitə iclasları keçirilib. Təşkilatın 10-cu sessiyasında isə DQ məsələsi müzakirə predmeti olub.

GUAM Parlament Assambleyasının 10-cu sessiyasında əvvəlcə təşkilatın beynəlxalq və onların parlament qurumları arasında əlaqələrinin və əməkdaşlığın inkişaf perspektivləri, qurum daxilində təhlükəsizlik və digər bu kimi məsələlər müzakirə mövzusu oldu. Tədbirlər zamanı Azərbaycan parlament nümayəndə heyətinin üzvləri BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin işğalçı Ermənistan tərəfindən yerinə yetirilmədiyi, bir milyondan çox insanın doğma yurd yuvalarına qayıda bilməməsi bir daha iştirakçıların diqqətinə çatdırdılar. Bildirildi ki, bu münaqişənin həllinin uzanması regionda və dünyada sülhə təhdiddir.

GUAM çərçivəsində bütün istiqamətlər üzrə nailiyyətlərin əldə olunduğunu deyən Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze vurğulayıb ki, GUAM artıq beynəlxalq arenada öz mövqelərini möhkəmləndirib və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir, etibarlı tərəfdaşa çevrilib.

Sessiyada həmçinin GUAM ölkələri arasında əlaqələrin inkişafı, parlamentlərarası münasibətlərin daha da genişləndirilməsi, bu sahədə qanunverici orqanların rolu məsələlərinə baxılıb.İki gün davam edəcək toplantıda sessiyanın yekununa dair sənəd qəbul olunacaq. GUAM PA-da sədrlik Gürcüstandan Moldovaya keçəcək.

”Xəbərlər”, Azərbaycan Televiziyası

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR