Siyasət

Yan Zahradil: “Azərbaycan, həm Avropa İttifaqı və Avropa Parlamenti, həm də Çexiya üçün vacib tərəfdaşdır”

18-12-2017 | 16:32        

  

Azərbaycanın da milli maraqlarına xidmət edən prinsipial müddəaların yer aldığı Avropa Parlamentinin Xarici işlər və təhlükəsizlik siyasətinə dair illik hesabat qətnaməsi və burada məsələlərin qoyulma tərzi yalnız alqışlanmalıdır. Bu münasibətlərdə müsbətə doğru atılan doğru addımdır. Təəssüf edici hal isə odur ki, belə bir sənəd indiyədək qəbul olunmamışdı. Bu sözləri Avropa Parlamentinin üzvü, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti Yan Zahradil Bakıya səfərinin məqsədinə dair keçirdiyi brifinqdə səsləndirib.

Bakıya səfəri zamanı ölkəmizlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair müzakirələr apardığını deyən, Avropa Parlamentinin üzvü, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti Yan Zahradil bunun faydalı olacağına ümidvardır. Parlamentari təəssüflə bildirdi ki, təmsil etdiyi Avropa Parlamentinin ölkəmizlə münasibətləri son zamanlar heç də birmənalı olmayıb. Lakin sevindirici haldır ki, artıq münasibətlərdə müsbət dinamika yükəsələn xəttlə davam edir.

 

Avropa Parlamentində ikili yanaşmaların olduğunu deyən, qurum təmsilçisi bildirdi ki, bu təkcə Azərbaycana qarşı baş vermir. Kifayət qədər ölkələr var ki,  onlar da  Avropa Parlamentinin ikili yanaşmasından əziyyət çəkir. Bunun da arxasında bəzi qüvvələr, bürokratiya deyilən güc, müxtəlif media qurumlarının yalnış məlumatları ilə hərəkət edən qruplar dayanır. Qonaq ölkəmizin milli maraqlarına xidmət edən prinsipial müddəaların da yer aldığı Avropa Parlamentinin Xarici işlər və təhlükəsizlik siyasətinə dair illik hesabat qətnaməsini də müsbət qiymətləndirirək bildirdi ki, bu alqışlanan  sənəədir. Münasibətlərdə müsbətə doğru atılan növbəti addımdır.

“Xəbərlər”, Azərbaycan Televiziyası