Siyasət

Azərbaycanın miqrantlarla bağlı siyasəti bir çox dövlətlər üçün model ola bilər

18-12-2017 | 15:56        

  

“Azərbaycanın miqrantlarla bağlı siyasəti bir çox dövlətlər üçün nümunəvi model ola bilər”. Beynәlxalq Miqrant Gününә hәsr edilən tədbirdə ölkəmizə olan miqrant axını sabitlik və yaşayış üçün yaxşı şəraitlə əlaqələndirilib.

Bu ilin 11 ayı ərzində Azərbaycana gələn 38 020 miqranta  müvəqqəti, 2752 nəfərə daimi yaşama icazələri verilib. 573 nəfər isə  Azərbaycan vətəndaşlığına qəbul edilib. Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev hesab edir ki, miqrantların Azərbaycana axının səbəbi ölkənin sürətli inkişafı, sabitlik, həyata keçirilən layihələr, turizmin inkişafıdır. Bildirdi ki, ölkəmizdə onların problemi həll olunur və hüquqları qorunur. Hətta bu il 10 mindən çox əcnəbinin könüllü olaraq vətənlərinə qaytarılması təmin edilib. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova da Azərbaycanın miqrantlar üçün cəlbedici ölkə olduğunu diqqətə çatdırdı. Çünki iqtisadi sabitlik və inkişaf miqrantların sayının çoxlamasına səbəb olur. Ombudsman Azərbaycanın BMT-nin İnsan hüquqları ilə bağlı çağırışlarında fəal olduğunu da dedi. Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa dair sazişin imzalanması istiqamətində işin davam etdiyini vurğulayan qurumun ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas əməkdaşlığı  genişləndirməyin vacibliyindən danışdı.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak ölkəmizin bu istiqamətdəki fəaliyyətinin digər ölkələr üçün model ola biləcəyi vurğurladı.

Tədbirin sonunda “Azərbaycandan Miqrantların Könüllü Qayıdışına Yardım” üzrə pilot layihənin təqdimatı oldu.

"Xəbərlər", Azərbaycan Televiziyası

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.12.2018) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR