Bölgələr

Saatlıda 3 min 500 ting əkilib

18-12-2017 | 15:24        

  

“Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində Saatlıda növbəti ağac əkini aksiyası keçirilib. Daha 3 min 500 ağac tingi əkilib. 

Ağac tingləri rayonun girişində,  park və xiyabanlarda əkilib. Küknardan əlavə, Gəncə çinarı və meyvə ağaclarının tinglərindən istifadə olunub. Son illərdə Saatlıda yaşıllaşdırma kampaniyasında meyvə ağaclarının əkininə üstünlük verilir. Çünkü bu ağacların meyvəsindən də istifadə olunur.  Ağacların becərilməsi, suvarılması, diblərinin alaq otundan təmizlənməsi üçün kommunal təyinatlı texnikalar da işə cəlb edilib.

Aksiya zamanı 2 min küknar da daxil olmaqla 3 min 500 ting əkilib. Eləcə də yol kənarlarındakı boş sahələr kol-kosdan təmizlənib. Şənbə-bazar günlərində həmin ərazilərdə də ağac tingləri əkiləcək.

“Xəbərlər”, Azərbaycan Televiziyası

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR