Siyasət

Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun rəhbəri Şəhidlər xiyabanını ziyarət edib

18-12-2017 | 13:19        

  

Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradil ölkəmizdə səfərdədir. Qonaq Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman oğul və qızlarımızın məzarlarını ziyarət edib. Əbədi məşəl abidəsi önünə də gül qoyulub. Sonra qonaq şəhərin mənzərəsini seyr edib, paytaxtda aparılan quruculuq işləri ilə tanış olub.