Xarici xəbərlər

Bu il Ermənistanda hərbi hissələrdə 59 ölüm faktı qeydə alınıb

18-12-2017 | 10:44        

  

Ermənistanın hərbi hissələrində hökm sürən özbaşınalıq nəticəsində ölüm hallarının sayı artıb. Qeyri-döyüş şəraitində 59 belə fakt qeydə alınıb. Onlardan 23-ü intihar, digərləri isə qəza və ya sui-qəsddir. Sonuncu hadisə zamanı hərbçilərdən biri öz xidməti yoldaşını güllələyərək qaçıb. Hərbi hissələrdə hökm sürən belə hallar əsgər analarının haqlı narazılığına səbəb olub. Bir qrup valideyn orduda  baş verən cinayət hallarının araşdırılması və cinayətkarların qanun qarşısında cavab verməsi tələbilə hökümət binası qarşısında aksiya keçirib. Etirazçılar bildirirlər ki, hərbidə hərc-mərclik hökm sürür. Onların övladları cinayətkarlarla bir yerdə qulluq edirlər. Bu faktları Helsinki Assambleyasının Vanadzor ofisi də təsdiqləyib. Narazı valideynlərin sözlərinə görə, illərlə axtarışda olan cinayətkarların hərbçi olması onların övladları üçün əsil təhdiddir.  Əsgər anaları deyirlər ki, bu hallar artıq cəmiyyətdə təəccüb doğurmur. Çünki, Ermənistanı idarə edənlər özləri də kriminala meyllidirlər. Hazırki hökümətin üzvləri hakimiyyəti zorla işğal ediblər. Onlar illərdir sadə vətəndaşları əzir, ölkəni isə məhvə sürükləyirlər.