Cəmiyyət

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanına qeydiyyat başlayıb

18-12-2017 | 10:02        

  

Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək. Sınaq imtahanında iştirak etmək istəyənlər dekabr 22-də saat 17-dək mərkəzin internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər. Sınaq imtahanı kompüter vasitəsilə elektron formada keçiriləcək. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.