Siyasət

GUAM Parlament Assambleyasının büro və komitə iclasları keçirilib

18-12-2017 | 09:59        

  

GUAM Parlament Assambleyasının 10-cu sessiyası çərçivəsində Tbilisidə qurumun büro və komitə iclasları keçirilib. İclaslarda GUAM-nın digər beynəlxalq təşkilatlar və onların parlament qurumları arasında əlaqələrinin və əməkdaşlığın inkişaf perspektivləri, qurum daxilində təhlükəsizlik və digər bu kimi məsələlər müzakirə olunub. Tədbirlər zamanı Azərbaycan parlament nümayəndə heyətinin üzvləri BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin işğalçı Ermənistan tərəfindən yerinə yetirilmədiyi, bir milyondan çox insanın doğma yurd yuvalarına qayıda bilməməsi bir daha iştirakçıların diqqətinə çatdırılıb. İclaslarda GUAM PA-nın 10-cu sessiyasının gündəliyi də diqqət mərkəzində olub. Plenar sessiyada GUAM ölkələri arasında əlaqələrin inkişafı, parlamentlərarası münasibətlərin daha da genişləndirilməsi, bu sahədə qanunverici orqanların rolu məsələlərinə baxılıb.