Bölgələr

Regionlarda qışa hazırlıq işləri yekunlaşdırılır

15-12-2017 | 17:18        

  

Vaxtında hazırlıq görüldüyündən əhali soyuqların düşdüyü indiki vaxtda çətinlik çəkmir. Bir müddət sonra qar yağıb şaxtalar başlayanda da, çətinlik olmayacaq. Çünki hazırlıq prosesi davam edir. Yaşayış məntəqələrinə yeni qaz xətləri çəkilir, yararsız hala düşən su boruları dəyişdirilir, yollarda olan problemlər aradan qaldırılır. Ətraflı növbəti sujetimizdə.  

Qış fəsli  özü ilə birlikdə xeyli çətinliklər gətirir. Təbiətin ən şıltaq mövsümündə xidmət müəssisələrinin də üzərinə böyük məsuliyyət düşür. Qarşıdan gələn əlverişsiz hava şəraitinə hazırlıq prosesi çərçivəsində Zaqatalada müasir standartlara cavab verən müxtəlif güclü 4 kompleks transformator məntəqələri quraşdırılıb, 60 transformator məntəqəsi isə  əsaslı  təmir olunub. Müxtəlif gərginlikli elektrikverici xətlərdə 12,5 km uzunluğunda yeni naqillər  çəkilib, 435 ədəd metal və dəmir beton dayaqlar tikilib. 2226 ədəd köhnə sayğac  müasir tipli  yeni elektron sayğaclarla əvəz olunub. 

Qışı sərt və qarlı keçən Zaqatalada Rayon Sukanal idarəsi də hazırlığı başa çatdırıb. Şəhər ərazisində, eləcə də Çobankol, Bazar, Gözbarax, Zəyəm, Üçüncü Tala kəndlərində yararsız vəziyyətdə olan su xətləri yeniləri ilə əvəzlənib. Rayonun ümumtəhsil məktəblərində də istilik sistemləri, qazanxanalar işlək vəziyyətə gətirilib. Hələ müasir istilik sistemi qurulmayan məktəblərə odun və duru yanacaq  paylanılıb, məktəb binalarının dam örtüyü və pəncərələri dəyişdirilib.

14-nömrəli Yol İstismarı“ MMC də yolları qışa hazırlayıb. Bəzi küçələr asfaltlanıb. Keçid və körpülərdə təmir işləri görülüb. Yolların buz bağlamaq təhlükəsi olan hissələrinə qum və çınqıl ehtiyatı görülüb.

Müsahibimizin  belə nikbin danışması üçün əsas var. Çünki rayonda qış mövsümünə hazırlıq məqsədilə həyata keçirilən təmir-yenidənqurma işləri  elə sakinlərin gözü qarşısında aparılıb. Görülən tədbirlər nəticəsində  47, 5 kilometr uzunluğunda olan 110 kilovoltluq hava xətləri çəkilib,  264 ədəd qəzalı dirək dəyişdirilib. Rayon ərazisində 13 ədəd yeni transformator məntəqəsi quraşdırılıb. Şəbəkədə transformator, dayaq və məftil ehtiyatı yaradılıb.

İsmayıllı Elektrik Şəbəkəsinin əməkdaşlarının səmərəli iş fəaliyyətini təmin etmək  üçün iki mərtəbədən ibarət ofis binasında hər cür şərait yaradılıb, energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib. Burada həmçinin abonentlərin ərizə və şikayətlərinin qəbulu, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün xüsusi otaqlar ayrılıb. İnzibati binanın ətrafında abadlıq işləri  aparılıb.

“Xəbərlər”, Azərbaycan Televiziyası