Digər

Beynəlxalq Ərəb dili Günü münasibətilə tədbir keçirilib

15-12-2017 | 16:12        

  

“İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycan ərəb ölkələrinin həmrəyliyinə mühüm töhfə verir”. Beynəlxalq ərəb dili günü münasibətilə Azərbaycan Dillər Universitetində təşkil olunan tədbirdə bu fikirlər səsləndirilib.   

2010-cu ildən etibarən 18 dekabr Beynəlxalq ərəb dili günü kimi qeyd edilir. Bu təşəbbüs mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə, həmçinin dünyada müxtəlif dillərin inkişafına kömək məqsədi daşıyır. Hazırda dünyada 450 milyondan çox insan ərəb dilində danışır. Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev bildirdi ki, Azərbaycan ərəb ölkələrinin həmrəyliyinə öz töhfəsini verir. Qeyd olundu ki, dünyada ərəb dilinə böyük maraq var. Azərbaycan Dillər Universitetində onlarla tələbə ərəb dilində təhsil alır. Fələstinin ölkəmizdəki səfiri Nasir Əbdül Kərim isə dedi ki, Azərbaycan prezidenti İlham Əliyev hər zaman islam dininin sülh dini olduğunu bildirib, beynəxlaq  tribunalardan ərəb ölkələrinin mövqeyini dəstəkləyib. Tədbirdə ərəb ölkələrinin tarixini, mədəni irsini əks etdirən videoçarx nümayiş olundu, mədəniyyət  nümunələri təqdim edildi. 

"Xəbərlər", Azərbaycan Televiziyası