Siyasət

Milli Məclisdə iki yeni qanun layihəsi müzakirə olunub

15-12-2017 | 15:44        

  

Milli Məclis yenidən hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" və “Azərbaycan Respublikasının Hesablama Palatası haqqında" iki qanun layihəsini müzakirəyə çıxarıb.

İclasın gündəliyinə 39 məsələ salınmışdı. Əvvəlcə Milli Məclis 2013-cü il avqustun 13-də imzalanmış "Azərbaycan və Rusiya Hökumətləri arasında Azərbaycan-Rusiya dövlət sərhəddindən "Samur" - "Yaraq-Qazmalar" buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında Saziş"də dəyişikliklər edilməsi barədə iki ölkənin hökuməti arasında"kı Protokolu təsdiqlədi. Yenidən hazırlanan “Silahlı Qüvvələri haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə olundu. Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov dedi ki, layihə hərbi doktrinaya, milli maraqlara və beynəlxalq normalara tamamilə uyğundur. Yenidən hazırlanan, 5 fəsil, 16 maddədən ibarət sənəd Silahlı Qüvvələrin təyinatı, idarə olunması və hərbi quruculuq məsələlərini tənzimləyəcək. Sənəd hazırlanarkən Azərbaycanın Hərbi Doktrinası və Təhlükəsilik Konsepsiyasının müddəaları əsas götürülüb. Yeni layihədə Silahlı Qüvvələr, Ordu və Silahlı birləşmələr əsas anlayışlar kimi əksini tapır. Layihə Azərbaycan ərazisinin bütövlüyü və severenliyinin qorunması, ərazi toxunulmazlığı və müdafiəsini özündə ehtiva edir. Həm də vətəndaşların hüquq və azadlıqlarının qorunamsına xidmət edəcək. Millət vəkilləri yeni layihənin Silahlı Qüvvələrin hüquqi bazasının möhkəmləndirilməsinə xidmət edəcəyini bildirdilər. Qeyd olundu ki, bu çərçivə qanunudur. Qanun qəbul olunduqdan sonra başqa silahlı birləşmələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənəcək. Yenidən hazırlanan digər bir sənəd isə “Hesablama Palatası haqqında" qanun layihəsidir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə palatanın 20 ilə yaxın  müddəti əhatələyən fəaliyyətindən danışaraq qurumun səmərəli çalışdığını, zamanla proseslərin xeyli irəlilədiyini və bunun da qanunvericilik bazasının yenilənməsi zərurətini yaratdığını dedi.

Müzakirələr zamanı çıxş edən millət vəkilləri layihənin mükəmməl hazırlandığını qeyd edərək bəzi təkliflər səsləndirdilər. Palatanın sədri Vüqar Gülmmədov verilən təkliflərin nəzərdən keçiriləcəyini dedi.  Qeyd olundu ki, dünyada baş verən iqtisadi proseslər, maddi resursların tükənməsi, iqtisadi risqlər maliyyə nəzarəti sahəsində fəaliyyəti daha da aktuallaşdırıb.

Sənəd hazırlanarkən palata ilə yanaşı kənar dövlət maliyyə nəzarəti sahəsində təkmil hüquqi bazaya malik olan dövlətlərin təcrübəsindən istifadə olunub. Eyni zamanda yeni layihə tanınmış beynəlxalq məsləhətçi təşkilatların, mütəxəssilərin, ayrı-ayrı ölkələrin ali audit qurumları ilə əməkdaşlıq çərçivəsində formalaşıb. Sənəd birinci oxunuşda səsvermə ilə qəbul olundu.

“Xəbərlər”, Azərbaycan Televiziyası

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (27.04.2018) :
Aydın Gecə : +9 +11 | Gündüz: +21 +23
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0253 | Satış: 0.0269

Avro:
Alış: 2.044 | Satış: 2.1174
AzTV TƏQDİM EDİR