Siyasət

Ötən ay 407 əcnəbi Azərbaycandan çıxarılıb

15-12-2017 | 15:18        

  

Ötən ay ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərini pozulması ilə bağlı 1434 qərar qəbul edilib. Qəbul edilən qərarlardan 205-i respublika ərazisində yaşamağın leqallaşdırılması, 780-i ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma, 407-si ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı olub. Digər qərarlar isə ölkə ərazisinə gəlişini məhdudlaşdırması, müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunmasıdır.

"Xəbərlər", Azərbaycan Televiziyası

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR