Siyasət

Ermənistanin nüfuzu beynəlxalq aləmdə getdikcə zəifləyir

15-12-2017 | 15:14        

  

Bu gün Prezident İlham Əliyevin Azərbaycanı regionun lider dövlətinə çevirməsi Ermənistanın bölgədəki rolunu heçə endirib. Bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu regionda baş verən prosesləri şərh edərkən bildirib. O, vurğulayıb ki, hazırda dünya siyasətində Ermənistan arada qalıb. Azərbaycan torpaqlarının işğal altında saxlanılması rəsmi İrəvana baha başa gəlir. Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə böyük borc yükü yaşayır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində işğalçı ölkə pərakəndəlik və məntiqsizlik nümayiş etdirir. Azərbaycan isə iqtisadi inkişafı, həyata keçirdiyi düzgün və qətiyyətli siyasəti ilə beynəlxalq aranada nüfuzunu artırır.

"Xəbərlər", Azərbaycan Televiziyası