Bölgələr

Limon yığımına başlanılıb

15-12-2017 | 15:10        

  

Çay, çəltik və sitrus meyvələri... Lənkəranın kənd təsərrüfatının üç əsas sahəsi. Dekabrın 19-da bu rayonun simvollarına çevrilən bu məhsullara həsr olunan ilk festival keçiriləcək. Buyurub iştirak edə bilərsiniz. Sizi Lənkəranın ətirli çayına da qonaq edəcəklər. Təbii ki, yanında da limonu. Həm də ağacdan təzə dərilmiş limon. Rayonun subtropik meyvə bağlarında limon yığımına başlanılıb. Bu barədə daha ətraflı süjetimizdə... 

Limonlu çay. Xalqımızın çay dəsgahı mədəniyyəti limonla birgə formalaşıb. Limon çaya yalnız əlavə ətin vermir, həm də sağlamlığımız üçün lazımdır. Limon qədim vaxtlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Limonun ətri görmə qabiliyyətinə müsbət təsir göstərir. Xalq təbabətində limondan təzyiq, sarılıq, böyrək, vərəm, ürək döyünməsi, kəskin revmatizm kimi xəstəliklərin müalicəsində istifadə olunur. Limonumuz isə bu il də boldur-ölkəmizdə limonun əsas məskəni sayılan Lənkəranda yığıma başlayan sakinlər məhsuldarlıqdan razıdırlar.   

Bayram dekabrın 19-da olacaq. Çay, çəltik və sitrus meyvələrinə həsr olunan festivalda limona xüsusi yer ayrılacaq. Lənkəranda limonun bir neçə növü yetişdirilir. Hər birinin də özünəməxsus dadı və istifadə qaydası var. Təsərrüfat sahibi Şahhüseyn Rəhimov da uzun illərdir sitrusçuluqla məşğul olur. 70 sot həyətyanı sahəsində narıngi, limon, kivi, portağal yetişdirir. Bu meyvələrin içərisində limona daha çox üstünlük verdiyini deyir.

Fermer sitrus meyvə bağında limonun iki növünü yetişdirir. Bunlardan biri yerli, yəni nazik qabıq, digəri isə qalın qabıqdır. Nazik qabıq limonun təkibində su çox olduğundan adətən şirəsi çəkilir və bəzi yemək və salatların hazırlanmasında istifadə edilir. Qalın qabıq limon isə ancaq çay içilərkən süfrəyə qoyulur. Amma qabığının nazik və qalın olmasına baxmayaraq, limon zərif, xüsusi qulluq tələb edən ağacdır. Ona gərə də hər yerdə bitmir və hər adam da onu yetişdirə bilmir. Xüsusən qışda ağacı şaxtadan qorumaq lazımdır.

Meyvə yığımı başa çatandan sonra bu ağacların da üstü örtüləcək ki, qışın şaxtası ziyan vurmasın. Ötən il hər ağacdan təxminən 100 limon dərilib. Amma bu il 150 limon gözlənilir. Bir neçə günə bazarlara təzə Lənkəran limonları çıxarılacaq. Alın və çayınıza limon salın.

 

“Xəbərlər”, Azərbaycan Televiziyası

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (27.04.2018) :
Aydın Gecə : +9 +11 | Gündüz: +21 +23
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0253 | Satış: 0.0269

Avro:
Alış: 2.044 | Satış: 2.1174
AzTV TƏQDİM EDİR