Bölgələr

Qubada taxıl səpini başa çatır

15-12-2017 | 14:01        

  

Ağ alması ilə məşhur olan Quba kənd təsərrüfatının digər sahələrinin inkişafında da geri qalmır. Məsələn, taxılçılar son illərdə yüksək nəticələr əldə edirlər. Dövlətin dəstəyi bu sahənin inkişafını təmin edib. Bu il bol məhsul əldə edən fermerlər artıq gələn ilə hazırlaşırlar. Rayonun taxıla olan tələbatını ödəməyi hədəfləyən fermerlər payızlıq səpini demək olar ki, başa çatdırıblar.

Təkcə havaların əlverişli keçməsi deyil, dövlətin hərtərəfli dəstəyi  də taxılçılıqla məşğul olan fermerlərə qarşıdakı illərlə bağlı planlarını daha arxayın qurmağa, sahələrə daha inamla çıxmağa imkan verir. Keyfiyyətli toxum, lazım olan gübrələrlə və texnika ilə təminat rayonda taxılın bol olmasına zəmin yaradır. Artıq fermerlər 11 min 320 hektar sahədə taxıl səpinini başa çatdırıblar. Bunun 9670 hektarını buğda, 1650 hektarını arpa təşkil edir. Səpin zamanı məhsuldat toxumlardan istifadə olunub. Əkin-biçində təcrübəyə malik fermerlər, hansı toxumun məhsuldar olacağını da yaxşı bilirlər.

"Güney”, “Qobustan”, “Elit”  fermerlərin üstünlük verdiyi yerli taxıl toxumlarıdır. Amma keyfiyyətli və məhsuldar toxum seçimi taxılçılıqda ilk mərhələdir. Taxılçıların əlinin çörəyə çatması üçün tarlada görüləsi hələ çox iş var. Dövlət hər bir mərhələdə taxılçılara kömək etməyə hazırdır. 

Məhsulun bol və keyfiyyətli olması üçün, alaq otlarından təmizlənməsi də vacib şərtdir. Bu prosesdə isə təsərrüfatçıların məsləhətinə bu sahənin mütəxəssisləri gəlir.

Yaxşı qulluğun nəticəsi olaraq Qubada taxıl istehsalı ildən ilə artır. Bu il rayonda 12 min 453  hektar sahəsnin taxılı biçilib. Sahələrdən 31 min 108 ton məhsul toplanılıb ki, bunun 25 min 993 tonu buğda, 5115 tonu isə arpadır. Taxılçılar deyirlər ki, gələn il daha çox məhsul gözləyirlər. Buna nail olmaq üçün də sahələrdə ciddi iş gedir. İndi çəəkilən zəhmətin bəhrəsi gələn ilin yayında görünəcək. Qubalı fermerlərə boı taxıl arzusu ilə

"Xəbərlər", Azərbaycan Televiziyası