Cəmiyyət

Məşğulluğun artırılması üçün BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı ilə niyyət məktubu imzalanıb

15-12-2017 | 13:56        

  

Ölkədə həyata keçirilən özünüməşğulluq proqramının genişləndirilməsi və gənclərin məşğulluğunun təminatı istiqamətində müxtəlif layihələr həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı  arasında imzalanan Niyyət Məktubu da məşğulluğun artırlmasına yönəldilib.

Sənəddə qeyd olunur ki, məşğulluq strategiyasının və özünüməşğulluq proqramının həyata keçirilməsində Nazirliyə dəstək göstərilməsinə yönələn, bir-birini tamamlayan və bir neçə məqsədə eyni zamanda nail ola bilmək imkanı verən layihələr və təşəbbüslər olacaq. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov diqqətə çatdırdı ki, imzalanacaq Niyyət Məktubu ölkədə gəcnlərin məşğulluğunun təmin edilməsi ilə yanaşı həm də yeni iş yerlərinin yaradılmasına geniş imkanlar yaradacaq. 2017-ci ilin iyun ayından Azərbaycanın  BƏT-in İdarə Heyətində təmsil olunması ölkəmizin bu Təşkilatla ötən dövrdə sıx və səmərəli əməkdaşlığına, respublikamızda əmək və məşğulluq sahələrində mütərəqqi yanaşmalar əsasında aparılan məqsədyönlü işlərə verilən yüksək beynəlxalq dəyərin ifadəsidir

Azərbaycanda əmək resurslarının səmərəli məşğulluğunun təminatı sahəsində aparılan işləri yüksək qiymətləndirən  BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai təşkilatın bundan sonrada Azərbaycanı dəstəkləməkdə davam edəcəyini bildirdi

Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı  arasında niyyət məktubu imzalandı

“Xəbərlər”, Azərbaycan Televiziyası

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.12.2018) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR