İdman

Formula 1 Azərbaycan Qran-Prisi 2018-in hazırlıqlarına başlanılıb

15-12-2017 | 13:27        

  

Bu il Formula-1 Azərbaycan Qran Prisinin uğurlu təşkili, ölkəmizin belə nüfuzlu oyunları keçirməyə qadir olduğunu bir daha sübut etdi. Təsadüfi deyil ki, dünyanın aparıcı kütləvi informasiya vasitələrində avtoidman azarkeşləri, media nümayəndələri arasında keçirilən sorğuya əsasən Formula 1 Azərbaycan Qran-Prisi ilin ən yaxşı yarışı seçilib. 

Dünyada yarım milyard tamaşaçı auditoriyası olan Formula-1-in artıq Bakıda 2 dəfə keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirdi. Birinci Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarından sonra Formula-1 kimi mühüm yarışın Bakıda uğurlu təşkili ölkəmizin belə nüfuzlu oyunları keçirməyə qadir olduğunu bir daha sübut etdi. Bütün bunlar Azərbaycanın dünyada getdikcə artan nüfuzundan, siyasi və iqtisadi sahədə yetirincə uğur qazanmasından qaynaqlanır. Təsadüfi deyil ki, Formula 1 Azərbaycan Qran-Prisi ilin ən yaxşı yarışı seçilib.  Dünyanın aparıcı kütləvi informasiya vasitələrində avtoidman azarkeşləri, media nümayəndələri və Paddok Klubun təmsilçiləri arasında keçirilən sorğularda Azərbaycan Qran-Prisi mövsümün ən həyəcanlı və gözlənilməz anlarla dolu yarışı kimi qiymətləndirilib.

Bakıda növbəti Formula 1 yarışı 2018-ci ilin 27-29 aprel tarixlərində keçiriləcək. Hazırda bunun üçün hazırlıqlara başlanılıb. Tribunaların, təhlükəsizlik təminatı bloklarının quraşdırılmasına yanvar ayından start veriləcək. Bundan başqa, növbəti il də Dənizkənarı Milli Parkda əyləncə zonası salınacaq. 2017-ci il 20 Qran Pri var idisə, gələn il 21 Qran Pri olacaq. Formula azarkeşləri üçün yeniliklər bununla bitmir. Növbəti yarışlarda yeni bolidlərin təqdimi də planlaşdırılır. Yeri gəlmişkən, “Formula-1” Azərbaycan Qran-prisinin keçirilməsi əcnəbilərin ölkəmizə olan marağını daha da artırır. Televiziya vasitəsilə yarışları izləyən xaricilər indi Bakıya gəlib bu gözəlliyin öz gözləri ilə şahidi olurlar. Bu il 4 gün ərzində ümumi zonaya gəlib yarışları izləyən tamaşaçıların sayı 71 mindən çox olub. Hazırda Formula 1 Qran Prisinə bilet satışı davam edir.

Formula 1 Azərbaycan Qran Prisinin əyləncə proqramı növbəti il də zəngin olacaq. Dünyaca məşhur 3 ulduzun Crystal Hall-da konserti gözlənilir. Qeyd edək ki, könüllülərin qeydiyyatı da artıq başa çatıb. Gələn il Formula yarışlarında 3000 könüllü iştirak edəcək.

“Xəbərlər”, Azərbaycan Telviziyası