Cəmiyyət

Müharibə əlilləri, veteran və şəhid ailələri pulsuz oftalmoloji müayinədən keçirilir

15-12-2017 | 13:08        

  

Dövlət başçısının tapşırığına əsasən, həyata keçirilən tibbi müayinələr artıq ənənəyə çevrilib. Paytaxtda təşkil edilən növbəti belə aksiyada Müharibə əlilləri, veteran və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Nəsimi rayonunda keçirilən pulsuz tibbi müayinə aksiyasına müharibə əlilləri, veteran və şəhid ailələrinin üzvləri olmaqla ümumilikdə 800 nəfər qoşuldu. İnsanların sağlamlığının mühafizəsinə yönələn aksiyada əsas məqsəd isə bu qəbildən olan vətəndaşları oftalmoloji müayinədən keçirmək, hər hansı xəstəliyi erkən aşkarlamaq və qarşısını almaqdır. Müraciət edənlərə tibbi məsləhətlər də verildi. Xəstəliklər aşkar olunan şəxslər isə müvafiq müalicə prosedurlarına cəlb olunacaqlar.

Səyyar avtobusla təşkil edilən pulsuz tibbi müayinə 1 həftə ərzində rayonun müxtəlif yerlərində sakinlərə xidmət göstərəcək.

"Xəbərlər", Azərbaycan Televiziyası