Siyasət

Bakının Xətai rayonu Yaponiyanın regionları ilə əməkdaşlığı genişləndirir

15-12-2017 | 13:03        

  

Yaponiya mətbuatında bu ölkənin Azərbaycanla münasibətlərinə dair məqalələr dərc edilib. “Hokkoku shimbun” və “Chunichi shimbun” qəzetlərində dərc olunan yazılarda Bakının Xətai rayonunun Yaponiyanın regionları ilə uğurla əməkdaşlığından bəhs edilir.  

“Azərbaycanla Yaponiyanı qədim tarix, zəngin mədəniyyətlə yanaşı, müasir inkişaf da birləşdirir. İki dost xalqın bir-birindən öyrənə biləcəyi və faydalanacağı cəhətlər çoxdur. Buna görə də Azərbaycanın Xətai rayonu ilə Yaponiyanın Komatsu şəhəri arasında əməkdaşlıq əlaqələrinin qurulması ölkələrimizə fayda gətirə bilər.” Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun bu fikirləri, Yaponiyanın “Hokkoku shimbun” və “Chunichi shimbun” qəzetlərində geniş işıqlandırılıb. Yazılarda regionlararası əlaqələrin inkişafı məqsədilə Azərbaycan nümayəndə heyətinin Yaponiyada keçirdiyi görüşlərin əhəmiyyətinə də toxunulur. Xətai rayonunda salınan “Yapon bağı”-nın iki ölkə arasında dostluğun rəmzinə çevrildiyi diqqətə çatdırılır. Azərbaycan nümayəndə heyətinin Komatsu şəhərinə səfərindən bəhs edilən məqalələrdə qarşılıqlı səfərlərin əhəmiyyətindən söz açılıb. “Ölkələrimizin gələcəkdə reallaşdıracağı birgə layihələr dostluq əlaqələrinin daha da inkişafına təkan verəcək”. Bu barədə isə Komatsunun meri Şinci Vada Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Qeyd edək ki, Yaponiyaya səfəri çərçivəsində  Azərbaycan nümayəndə heyətinin keçirdiyi görüşlərdə yeni layihələr barədə fikir mübadiləsi aparılıb.

"Xəbərlər", Azərbaycan Televiziyası

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR