Siyasət

Türkiyə XİN-nin bəyanatı: “Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalıdır”

15-12-2017 | 11:52        

  

Ermənistan yaxın tarixin insanlığa qarşı ən böyük cinayətlərindən biri olan Xocalı qətliamına görə cavab verməlidir. Bu fikirlər Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.

Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalıdır. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın iki ölkə arasında 2009-cu ildə İsveçrənin Sürix şəhərində imzalanmış protokollarla bağlı açıqlamasına dair Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda belə deyilir. Vurğulanır ki, protokol prosesində əsas məqsəd Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin Cənubi Qafqazda əhatəli sülh və sabitliyi təmin edəcək şəkildə həyata keçirilməsi, bu çərçivədə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü təməlində irəliləyişin əldə olunması idi. Açıqlamada bildirilir ki, Ermənistan mübahisəli tarixi mövzuları kənara qoyub, yaxın tarixin insanlığa qarşı ən böyük cinayətlərindən biri olan Xocalı qətliamına görə cavab verməlidir. Bəyanatda Edvard Nalbandyanın dekabrın 13-də Afinada verdiyi açıqlamasının əsassız olduğu bildirilir. Qeyd edilir ki, erməni nazirin protokolların təsdiqlənməsindəki gecikmələrin məsuliyyətinin Türkiyənin üzərinə düşdüyünə dair iddiaları həqiqəti əks etdirmir. Bəyanatda o da bildirilir ki, Ermənistanın bu mənfi mövqeyinə baxmayaraq, Türkiyə protokolların əsas müddəalarına sadiqliyini qoruyur. Bu protokolların ratifikasiyası üçün Cənubi Qafqazda uyğun siyasi mühitin və sülhün bərqərar olması zəruridir.

“Xəbərlər”, Azərbaycan Televiziyası

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.12.2018) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR