Siyasət

"The Jerusalem Post”: Ermənistan terrorçuların populyarlaşdırılmasını dəstəkləməklə faşizmi dövlət siyasətinə çevirib

15-12-2017 | 11:49        

  

“The Jerusalem Post” qəzetində Ermənistanın Azərbaycana qarşı təcavündən bəhs edilən məqalə dərc olunub. Yazıda işğalçı ölkənin  terrorçuları dəstəkləməklə faşizmi dövlət siyasətinə çevirdiyi diqqətə çatdırılır.

“Ermənistan terrorçuları tərifləməklə faşizmi dövlət siyasətinə çevirib”. Bu başlıqlı məqalə “The Jerusalem Post” qəzetində dərc olunub. İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri, ekspert Arye Qutun müəllifi olduğu məqalədə vurğulanır ki, BMT Baş Assambleyası “Faşizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı qətnamə qəbul edib. Azərbaycanın bu qətnaməyə müsbət münasibəti gözlənilən idi. Çünki Azərbaycanda multikulturalizm və tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqına xas olan tolerantlıq və multikulturalizm onun əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri ilə ortaq dil tapmasına imkan verir. Azərbaycan xalqlar və konfessiyalara arasında sabitlik, əməkdaşlıq və qarşılıqlı anlaşma adasıdır. Yazıda qeyd olunur ki, Cənubi Qafqazın digər dövlətində - Ermənistanda isə tamamilə bunun əksi olan vəziyyət müşahidə olunur. Işğalçi ölkədə faşizm ideologiyası, irqi ayriseçkilik dövlət səviyyəsində təbliğ olunur, faşist Almaniyası ilə sıx əməkdaşlıq edən erməni millətçilərinə abidələr ucaldılır, küçələrə, meydanlara, tədris müəssisələrinə, strateji mərkəzlərə və başqa obyektlərə onların adları verilir. Bu ölkədə faşizmin, antisemitizmin və terrorizmin populyarlaşdırılıması dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Bildirilir ki, Ermənistan öz qonşusu Azərbaycana qarşı terrora başlayıb. Nəticədə Azərbaycan xalqı itkilər və müsibətlərlə üzləşib. Lakin təəsüflərlər olsun ki, Avropa İttifaqı və ABŞ kimi aparıcı dünya güc mərkəzləri Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törədilən terrorun cavabında susurlar. Məqalədə, ermənilərin Dağlıq Qarabağ ərazisindən dünya bazarına narkotik maddələr göndərməsi və  bundan Qərbin də əziyyət çəkdiyi qeyd olunur. Ermənilərin Azərbaycanın etnik mədəniyyətinə və ətraf mühitinə ciddi ziyan vurduğu diqqətə çatdırılır. İşğalçı dövlətin Avropa və bütün dünya üçün təhlükəli olduğu vurğulanır.