Cəmiyyət

Azərbaycanda əhalinin sayı bu ilin 10 ayı ərzində 73 min 360 nəfər artıb

15-12-2017 | 11:46        

  

Bu il Azərbaycanda əhalinin sayı 73 min 360 nəfər və ya 0,7 faiz artıb. Hazırda ölkə əhalisinin sayı 9,9 milyona çatır. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2017-ci il noyabrın 1-də ölkədə əhalinin sayı 9 milyon 883 min 341 nəfər olub. Əhalinin 53 faizi şəhər, 47 faizi kənd sakinləridir. Onların 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sıxlıq isə 114 nəfərdir. Yanvar-oktyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2 min 599 nəfər Azərbaycana gəlib.

"Xəbərlər", Azərbaycan Televiziyası