Xarici xəbərlər

BMT: “2100-cü ildə Ermənistanda cəmi 1 milyon 793 min nəfər yaşayacaq”

15-12-2017 | 11:43        

  

Ermənistanda işğalçılıq siyasəti ilə ölkəni təcrid vəziyyətinə salan hökumət iqtisadi böhranın yaratdığı çətinlikləri aradan qaldırmağa cəhd göstərmir. Bu da əhalinin köçünü sürətləndirib. BMT-də Ermənistanda miqrasiya tempinin artması ilə bağlı hesabatını açıqlayıb.   

Bütün sahələrdə iflasa uğrayan Ermənistanda miqrasiya böhranı bu il də davam edib.  Rəsmi məlumata görə, son bir ildə əhalinin sayi 14 min nəfər azalıb. Bu barədə məlumat BMT-nin dünya ölkələrində demoqrafik vəziyyət və əhali artımının dinamikasi ilə bağlı hesabatında yer alıb. Bildirilir ki, 2100-cü ildə Ermənistanda cəmi 1,793 milyon nəfər yaşayacaq. Bu açıqlama Serj Sarkisyanın əhalinin sayının 2040-ci ilədək 4 milyon nəfərədək artırılacağı ilə bağlı vədlərini puç edib.  BMT-nin hesabtaı təsdiqləyir ki, Ermənistan vətəndaşları heç bir perspektivi olmayan ölkədə yaşamaq istəmirlər. Hökumət isə vəziyyəti düzəltmək, iş yerləri açmaq, sosial proqramlar həyata keçirmək haqqında düşünmür. Əhalinin iş və qazanc dalınca başqa ölkələrə, qaçmaları barədə İrəvanın ictimai təşkilatları da həyəcan təbili çalırlar. Bildirilir ki, əvvəllər vətəndaşlar  tək-tək xaricə gedirdilərsə, indi ailələləri ilə birdəfəlik köçməyə  üstünlük verirlər. Ermənilərin ölkədən qaçmasının başlıca səbəbi isə işğalçı rejimin siyasətinin qurbanına çevrilməməkdir.

“Xəbərlər”, Azərbaycan Televiziyası